İraqda etiraz aksiyası davam edir

İraqda etiraz aksiyası davam edir

İraqda hökumət əleyhinə etirazlar səngimək bilmir.

Narazı kütlə ölkənin cənubunda yerləşən Zikar vilayətində 3 millət vəkilinin evinə od vurub. Hadisə zamanı tələfatın olmadığı bildirilir. Etirazçılarla güc strukturları arasında toqquşma ölkənin əsas dəniz limanı olan Um Qəsrə də çatıb.

Qeyd edək ki, oktyabrın 1-dən İraqda yoxsulluq, işsizlik, korrupsiya əleyhinə etiraz aksiyaları zamanı ölənlərin sayı 250-ni ötüb.

atv.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31