Suriyalı qaçqınlar üçün Türkiyəyə ayrılan 3 milyard avroya icazə verildi

Suriyalı qaçqınlar üçün Türkiyəyə ayrılan 3 milyard avroya icazə verildi

24 iyunda Brüsseldə keçirilən Avropa İttifaqının (Aİ) Zirvə görüşündə suriyalı qaçqınlar üçün Türkiyəyə 3 milyard avro yardım ayrılmışdı.

Buna baxmayaraq maliyyə yardımı Türkiyəyə çatmayıb. Çünki İtaliya Avropa İttifaqının Afrika Fonduna da maliyyə yardımı edilməsini tələb edirdi.

Avropa İttifaqı bunu qarşılamadığı üçün İtaliya Türkiyəyə ayrılan maliyyə yardımına müvəqqəti olaraq veto qoymuşdu.

Nəhayət Aİ Afrikaya 500 milyon avro maliyyə yardımı ayıraraq İtaliyanın Türkiyəyə qoyduğu vetonu da aradan qaldırıb.

3 milyardlıq yardımın yaxın zamanlarda Türkiyəyə veriləcəyi gözlənilir. 

BAKU.WS

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31