"Əbubəkr əl-Bağdadinin arvadı həbs olundu" - Ərdoğan
"Əbubəkr əl-Bağdadinin arvadı həbs olundu" - Ərdoğan
6 Noyabr 2019 16:39 DünyaTerrorçu İŞİD qruplaşmasının ötən ay öldürülən lideri Əbubəkr əl-Bağdadinin arvadı həbs olunub.
Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
"İlk dəfədir deyirəm ki, Əbubəkr əl-Bağdadinin xanımını tutmuşuq", o vurğulayıb.
Qeyd edək ki, İŞİD-in qurucusu sayılan Əbubəkir əl-Bağdadi oktyabrın 27-də Suriyanın İdlib əyalətinin Barişa kəndində ABŞ hərbçilərinin keçirdiyi əməliyyat nəticəsində öldürülüb. Əl-Bağdadi bir tuneldə mühasirəyə alınıb. O, bu zaman üzərindəki partlayıcını işə salıb. Nəticədə Bağdadinin özü, iki həyat yoldaşı və üç uşağı ölüb./report/
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31