Qərbin Kremlə mesaj verəcəyinə inanırıq - Tiflis
Qərbin Kremlə mesaj verəcəyinə inanırıq - Tiflis
6 Noyabr 2019 16:04 DünyaBiz inanırıq ki, tərəfdaşlarımız Avropada sərhədlərin işğalla dəyişilməsinin qəbuledilməz olduğu ilə bağlı Kremlə aydın mesaj verəcək.
Olaylar.az xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Arçil Talakvadze Gürcüstan Təhlükəsizlik və Müdafiə Konfransında çıxışı zamanı deyib. Onun sözlərinə görə, ABŞ, NATO və AB ilə tərəfdaşlıq Gürcüstan üçün əvvəlki dönəmlərdən daha önəmlidir:
"Dünya daha çətin və təhlükəli olur. Müttəfiqlər gərək bir-birinin yanında dayansınlar. Biz tərəfdaşlarımızın Kremlə Avropada sərhədlərin işğal yolu ilə dəyişilməsinin qəbuledilməz olmasıyla bağlı aydın mesaj verəcəyinə, Rusiyanı beynəlxalq nizam çərçivəsində hərəkət etməyə inandıracaqlarına əminik".
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31