Lavrov açıqladı: Ukrayna bunları qadağan edib
Lavrov açıqladı: Ukrayna bunları qadağan edib
6 Noyabr 2019 14:52 DünyaUkrayna 86 Rusiya televiziyasını öz ərazisində bloklayıb.
Olaylar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib.
O həmçinin Ukraynada 181 rus saytına, rus dilindəki film və kitablara da qadağa qoyulduğunu bildirib.
Qeyd edək ki, Ukrayna bundan öncə milli təhlükəsizliyinə təhdid yaradacağı ittihamı ilə bir sıra rus dilli KİV orqanlarının ölkə ərazisində yayımını qadağa edib. Buna başqa səbəb Krımın Rusiya tərəfindən işğalı və Donbas konflikti olub.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31