Bu barədə xəbər verənə 10 milyon mükafat
Bu barədə xəbər verənə 10 milyon mükafat
5 Noyabr 2019 14:38 DünyaTürkiyədə "Terrorçuluqla Mübarizə haqqında qanun"da dəyişiklik edilib.
Bu barədə "Resmi Gazete" məlumat yayıb.
Dəyişikliyə əsasən, günahkarların tutulmasında, yerlərinin və ya kimliklərinin müəyyənləşdirilməsində kömək edənlərə veriləcək pul mükafatı artırılıb.
Belə ki, hər bir tutarlı informasiya üçün 200 min lirə (təxminən 59 min manat) pul mükafatı vəd olunur. Bu informasiya terror qruplaşmasının rəhbərləri ilə bağlı olarsa, mükafat 10 milyon lirə (2,9 milyon manat) təşkil edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31