Meksikada bir qrup fəala hücum: 9 ölü

Meksikada bir qrup fəala hücum: 9 ölü

Meksikanın Çiuaua ştatında bir qrup fəala silahlı hücum olub.

Olaylar.az  Trend-ə istinadən xəbər verir ki, hücum nəticəsində azı 9 nəfər həlak olub.

Qeyd olunur ki, hücuma insan oğurluğuna qarşı mübarizə aparan fəal Xulian LeBaronun yaxınları məruz qalıb.

Həlak olanlardan 6 nəfərin uşaq oluğu qeyd edilir. Bundan başqa, hücum edənlərin iki avtomobil və daha 12 nəfəri qaçırdıqları deyilir.

Hazırda polis və hərbçilər tərəfindən birgə axtarış aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31