Eks-kral rus modeldən olan oğlunu qəbul etmir - Foto
Eks-kral rus modeldən olan oğlunu qəbul etmir - Foto
5 Noyabr 2019 14:16 DünyaMalayziyanın keçmiş kralı V Məhəmməd (Sultan Kelantan) eks-həyat yoldaşı, "Miss Moskva - 2015" müsabiqəsinin qalibi Oksana Voyevodinadan olan oğlunu qəbul etməkdən imtina edir. Bu barədə "Daily Mail" nəşri yazıb.
Eks-kralın sözlərinə görə, fotolar uşağın ona məxsus olduğunu sübut etmir. V Məhəmməd bildirib ki, fotolardakı uşaq istənilən asiyalının oğlu ola bilər. Sultan hesab edir ki, onun keçmiş həyat yoldaşı Oksananın heç bir ləyaqəti yoxdur, ona görə ki, daha əvvəl onun realiti-şouda hovuzda sekslə məşğul olduğu vaxt çəkilən görüntüləri yayılmışdı.
Malayziyanın eks-kralı Voyevodinanın haqlı olmadığını və uşağı nikahın pozulması prosesində qalib gəlmək üçün istifadə etdiyini deyib.
Xatırladaq ki, Voyevodina Malayziyanın eks-kralından olan uşağın üzünü ilk dəfə noyabrın 1-də göstərib. Voyevodinanın sözlərinə görə, uşaq öz atasına çox oxşayır, ona görə ki, onun asiyalılara bənzəyən görünüşü var.

qafqazinfo.az