Silah istifadəsi əleyhinə paylaşımlar edən qadın uşaqlarını silahla ödürdü – Dəhşətli hadisə

Silah istifadəsi əleyhinə paylaşımlar edən qadın uşaqlarını silahla ödürdü – Dəhşətli hadisə

ABŞ-da sosial media hesabı vasitəsilə tez-tez silah istifadəsi əleyhinə paylaşımlar edən bir ana 3 uşağını silahla öldürdükdən sonra öz həyatına son verib.

ABŞ-ın Texas əyalətində yaşayan 39 yaşlı Eşli Auzen bir müddət əvvəl həyat yoldaşı ilə ciddi problemlər yaşayaraq ondan ayrılıb. Bu müddət ərzində Eşli Auzenin psixologiyasında da problemlər ortaya çıxmağa başlayıb.

Gənc qadın həmçinin sosial şəbəkə hesabında silah istifadəsinin yanlış olması ilə bağlı çağırışlar edirdi.

Eşli Auzenin uşaqlarını və özünü öldürməsinin səbəbi hələki məlum deyil. Polis bununla bağlı araşdırmaları davam etdirir.

Sonxeber.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31