Tramp Ağ Evə it gətirir: “Onları sevirəm”

Tramp Ağ Evə it gətirir: “Onları sevirəm”

ABŞ Prezidenti Donald Tramp İŞİD terror təşkilatının lideri Əbu Bəkir əl-Bağdadiyə qarşı keçirilən əməliyyatda iştirak edən köpəyi tezliklə Ağ Evə gətirəcəyini deyib.

Olaylar.az xəbər verir ki, bu barədə "Nyu-York Tayms" qəzeti məlumat yayıb.

Prezident köpəkləri sevdiyini də bildirib: "Mən köpəkləri sevirəm. Bu köpək isə xüsusi tərifə layiqdir və tezliklə Ağ Evə gələcək".

ABŞ prezidenti oktyabrın 27-də İŞİD liderinin öldürüldüyünü elan edib. Bağdadi Suriyanın İdlib əyalətində xüsusi əməliyyat zamanı məhv olunub.

Teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31