Fəxrəddin Altun: “Terrorizmin bütün formalarına qarşı mübarizədə lider olmuşuq”

Fəxrəddin Altun: “Terrorizmin bütün formalarına qarşı mübarizədə lider olmuşuq”

Türkiyə Prezident Administrasiyasının rəsmisi Fəxrəddin Altun açıqlamasında bildirib ki, Türkiyənin ideologiyasından və mənşəyindən asılı olmayaraq terrorla mübarizəsi sürətlə davam edir:

"Əl-Bağdadinin bacısının həbsi antiterror əməliyyatlarımızın uğurunun daha bir nümunəsidir." Olaylar.az bildirir ki, Türkiyə Prezident Administrasiyasının İçtimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri qeyd edirb ki, xalqımızı qorxutmaq və regionumuzda sabitliyi pozmaq istəyənlərə ədalət gətirmək əzmimiz şübhə altına alına bilməz:

"DAEŞ-ə qarşı qətiyyətimizi şübhə altına almaq üçün Türkiyəyə qarşı təbliğat kampaniyası aparılıb. Terrorizmin bütün formalarına qarşı mübarizədə lider olmuşuq. Həmfikir tərəfdaşlarla güclü antiterror əməkdaşlığımız heç vaxt şübhə altına alına bilməz."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31