70 yaşlı məşhur Xalq artisti sənətdən getdi - FOTO
70 yaşlı məşhur Xalq artisti sənətdən getdi - FOTO
5 Noyabr 2019 11:19 DünyaBu yaxınlarda Minskdə konsert verən Rusiyanın 70 yaşlı Xalq artisti Alla Puqaçova səhnədən getdiyini açıqlayıb.
Alla Puqaçeva nadir hallarda solo konsertlər verir, ulduz əri və uşaqları ilə vaxt keçirməyi üstün tutur. Ancaq bu həftə sonu divanın solo konserti baş tutub.
"Hamınız bilirsiniz ki, Belarus mənim vətənimdir. Qohumlarım burada dəfn olunub, atam və babam belarus olub. Bu konsert gözlənilməz oldu, bir halda dəvət olunmuşamsa, gələcəm. Başqa heç bir yerə. İndi gözləyin. Əgər nə vaxtsa çıxış etsəm, bu, 80 yaşında olacaq" , - deyə Xalq artisti bildirib.
Xatırladaq ki, müğənni 10 il əvvəl konsert fəaliyyətlərinə son verdiyini açıqlamışdı. Sonra müğənni etiraf etdi ki, səhhəti ona tez-tez müxtəlif şəhər və ölkələri gəzib konsert proqramı ilə çıxış etməyə imkan vermir və bir sıra əməliyyatlardan sonra səsində cüzi problemlər yaranıb.
