Bağdadi öldürüldü, lakin... - Bərzani
Bağdadi öldürüldü, lakin... - Bərzani
5 Noyabr 2019 10:29 DünyaİŞİD lideri Əbubəkr Bağdadinin öldürülməsi bu terror qruplaşmasının təhdidlərinin sona çatması anlamına gəlmir.
Olaylar.az xəbər verir ki, bu sözləri İraq Kürd Regional Muxtariyyətinin Baş naziri Məsrur Bərzani deyib.
"Bİz İŞİD-in fəaliyyət dairəsini artırdığını görürük. Onlar bəzi ölkələrdə fəaliyyətlərini davam etdirir. Biz bu məsələni yaxından izləyirik", - deyə Bərzani bildirib.
Qeyd edək ki, İŞİD lideri Suriyada ABŞ-ın aviaəməliyyatları nəticəsində məhv edilib.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31