Pakistan Əfqanıstandakı konsulluğunu bağlayıb

Pakistan Əfqanıstandakı konsulluğunu bağlayıb

Pakistan təhlükəsizlik səbəblərindən Əfqanıstandakı konsulluğunu bağladığını bildirib.

Pakistanın bildirdiyinə görə, Kabildəki ofisi növbəti xəbərdarlığa qədər bağlı olacaq.

Pakistanın Xarici İşlər Nazirliyi Kabildəki müvəqqəti işlər üzrə nümayəndəsini Əfqanıstandakı dilomatlarının təhlükəsizliyi ilə bağlı ciddi narahatlıqlarını ifadə etmək üçün geri çağırdığını deyib.

Pakistanın açıqladığı bəyanatda səfirlik işçilərinin yolda gedərkən maneə ilə üzləşdiyini və səfirliyə məxsus avtomobilin səfirliyə tərəf gedərkən motosikletə çarpdığını deyilib.

Pakistanla Əfqanıstan arasında münasibətlər uzun zamandır gərgindır.

Kabil Pakistanı ərazisindəki Taliban liderləri və döyüşçülərinin Əfqanıstandakı yerli və beynəlxalq qüvvələrə qarşı hücumlar həyata keçirməkdə ittiham edir. Paksitan isə bu ittihamları rədd edir.

AMERİKANİNSESİ.ORG

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31