Mərcə girdi, 41 yumurta yeyib öldü
Mərcə girdi, 41 yumurta yeyib öldü
4 Noyabr 2019 17:20 DünyaHindistanın Uttar Pradeş əyalətində inanılmaz bir hadisə baş verib. Dostları ilə mərcə girərək 41 yumurta yeyən şəxs ölüb.
42 yaşlı Subhash Yadav və dostu arasında 2 min Hindistan rupisi qarşılığında 50 yumurta yemək hədəfi ilə başlayan mərcin sonunda 41 yumurta yeyən Yadav yaşamını itirib.
Xəstəxanadan verilən məlumata görə, o, çox yumurta yediyinə görə dünyasını dəyişib.
AzNews.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31