Nobel sülh mükafatı alan baş nazirə qarşı üsyan dalğası: 86 ölü, 400-dən çox yaralı
Nobel sülh mükafatı alan baş nazirə qarşı üsyan dalğası: 86 ölü, 400-dən çox yaralı
4 Noyabr 2019 14:37 DünyaEfiopiyada davam edən etirazlarda ölü sayı 86-ya çatıb.
Etirazlar zamanı 400-dən çox adamın da yaralanması ilə bağlı məlumatlar gələn xəbərlər içərisində yer alıb.
Nobel sülh mükafatı alan Abiy Əhməd mətbuata verdiyi açıqlamada hökumətin vətəndaşları və əmlaklarını qorumağa çalışdıqlarını və digər səlahiyyətli şəxslərin də bununla bağlı tədbir gördüklərini dilə gətirdi.
Yerli mediada yer alan xəbərlərdə: "Abiy 86 adamın ölümünə səbəb olan son etiraz dalğası sonrasında xəbərdarlıq edib. Efiopiyada sülh təhlükə altındadır" ifadələri işlədilib.
Keçən həftə ölkənin paytaxtı Əddis - Əbəbə-də baş nazir Abiy Əhmədə qarşı başlayan etirazlar artıq etnik zəmində qarşıdurmaya çevrilib.
Xatırladaq ki, Abiy Əhməd bu il Efiopiya ilə Eritreya arasında 20 illik savaşın bitməsində böyük əmək sərf etməsi səbəbi ilə Nobel sülh mükafatına layiq görülüb.
Sonxeber.az