Brodveyin altında 52 mln dollarlıq narkotik ferması tapıldı - FOTO
Brodveyin altında 52 mln dollarlıq narkotik ferması tapıldı - FOTO
4 Noyabr 2019 13:37 DünyaLondonun cənub-şərqində yaşayış evində 21 metrlik yeraltı tunelə keçid tapılıb.
Həmin tunel 52 mln dollarlıq yeraltı kannabis fermasına aparırmış.
Fabrika Brodveyin 1897-ci ildə tikilən və 1963-cü ildə sökülən, hazırda isə yerində mağazalar ucaldılan köhnə binasının altında yerləşirdi.
Qeyd edilir ki, fabrik on ilə yaxın fəaliyyətdə ola bilərdi.
Tunelə keçid üçün olan lyukun tualetdə olduğu və kafel altında gizlədildiyi bildirilir.
AzNews.az



Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31