“Türkiyə İŞİD-çiləri Avropaya göndərir” – Qərar verildi
“Türkiyə İŞİD-çiləri Avropaya göndərir” – Qərar verildi
4 Noyabr 2019 13:16 DünyaTürkiyənin daxili işlər naziri Süleyman Soylu bu ölkədə ələ keçirilən İŞİD terrorçuları ilə bağlı növbəti dəfə açıqlama verib.
Olaylar.az xəbər verir ki, Soylu Türkiyədə saxlanılan Avropa vətəndaşı olan İŞİD üzvlərinin ölkələrinə göndəriləcəyini söyləyib.
Jurnalistlərin məsələ ilə əlaqədar suallarını cavablandıran nazir bunları deyib:
"İyirmi birinci əsrdə miqrant məsələsinə uyğun gəlməyən davranışlar sərgiləyən dövlətlər terrorizmlə bağlı da qəribə mövqe ortaya qoyurlar. Əlimizdəki İŞİD-çiləri istər vətəndaşlıqdan çıxarsınlar, istər çıxarmasınlar - öz ölkələrinə gönədərəcəyik".
Süleyman Soylu bir neçə gün əvvəl də eyni fikirləri dilə gətirmişdi.
teleqraf.com
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31