Nijni Novqoroddakı barlardan birində silahlı insident qeydə alınıb

Nijni Novqoroddakı barlardan birində silahlı insident qeydə alınıb

Rusiyanın Nijni Novqorod vilayətinin Dzerjinsk şəhərindəki barlardan birində silahlı insident qeydə alınıb. Hadisə şənbə günü saat 22:00 radələrində şəhərin Ulyanov küçəsində baş verib.

Daxili İşlər Nazirliyinin vilayətdə yerləşən Baş İdarəsinin yaydığı xəbərə görə, şəhər sakini qardaşının qisasını almaq məqsədilə bara gələrək avtomatdan atəş açıb.

Barda olan müştərilərdən heç kimin xəsarət almadığı bildirilib.

sia.az

Məsciddə yanğın - Xəsarət alanlar barədə ilkin açıqlama

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31