ASEAN-ABŞ görüşü: 7 lider görüşə gəlmədi
ASEAN-ABŞ görüşü: 7 lider görüşə gəlmədi
4 Noyabr 2019 12:22 DünyaCənub-şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN) üzvü olan 10 ölkədən 7-sinin rəhbəri ABŞ-la olan sammitə gəlməyib.
Olaylar.az xəbər verir ki, ASEAN-ın iclasına yalnız Tailand, Vyetnam və Laosun baş nazirləri qatılıb. Sinqapur, Malayziya, İndoneziya, Bruney, Kamboca, Myanma və Filippini iclasda yalnız xarici işlər nazirləri təmsil ediblər.
Trampın özü də Tailandda keçirilən sammitə qatılmayıb. İclasda ABŞ-ı Prezidentin milli təhlükəsizlik üzrə müşaviri Robert Obrayen təmsil edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31