Suriyalı müxaliflərdən gözlənilməz addım - Türkiyəyə qarşı təxribat
Suriyalı müxaliflərdən gözlənilməz addım - Türkiyəyə qarşı təxribat
4 Noyabr 2019 11:09 DünyaSuriya Azadlıq Ordusunun (SAO) hərbçiləri içində amerikalı əsgərlərin olduğu hərbi texnikaya atəş açıb.
Bu barədə Rusiyanın Suriyadakı hərbi nümayəndəsi, general-mayor Yuri Borenkov məlumat verib.
General olay zamanı ölən və yaralananların olmadığını bildirib: "Amerikalı hərbçilərin olduğu texnika İraq sərhədləri istiqamətinə hərəkət edərkən, Türkiyə tərəfindən dəstəklənən Suriya Azadlıq Ordusunun hücumuna məruz qalıb. İtki yoxdur".
Hələlik məsələ ilə əlaqədar nə rəsmi Vaşinqton, nə də Ankaradan açıqlama verilib.
Türkiyə KİV baş verən olayın təxribat ola biləcəyini istisna etmir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31