“Mənə deyirlər sən necə insansan ki….” – Binəli Yıldırımdan qəribə açıqlama
“Mənə deyirlər sən necə insansan ki….” – Binəli Yıldırımdan qəribə açıqlama
1 Noyabr 2019 18:50 Dünya"Parlamentar sistem atanı oğula, oğulu ataya düşmən edən sistemdir. Xalq baş nazirlə prezidentin mübahisələrindən yorulmuşdu. Prezident idarəetmə sistemində isə qərarlar daha tez verilir və icra olunur".
Bunu Türkiyənin keçmiş baş naziri Binəli Yıldırım deyib.
Yıldırım baş nazir postundan könüllü şəkildə getdiyini bildirib:
"Məni həmişə tənqid edirdilər. Deyirdilər ki, sən necə insansan ki, vəzifə üçün özünü doğrayırsan. Amma mən vəzifədən imtina edirəmsə, demək ki, bu xalq üçün daha yaxşı olacaq".
Keçmiş baş nazir prezident idarəetmə sisteminin Türkiyənin təhlükəsizliyi üçün ən uğurlu sistem olduğunu bildirib.
teleqraf.com
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31