Türkiyədə Bağdadiyə özəl xidmət göstərən şəxs saxlanıldı

Türkiyədə Bağdadiyə özəl xidmət göstərən şəxs saxlanıldı

Türkiyədə Çankırı Cümhuriyyət Baş Prokurorluğunda aparılan istintaq çərçivəsində şəhərin Terrorla Mübarizə Şöbəsinin əməkdaşları İŞİD qruplaşmasına qarşı müxtəlif ünvanlarda əməliyyatlar həyata keçirib.
Əməliyyat çərçivəsində 3-ü qadın olmaqla 11 şübhəli şəxslərsaxlanılıb. Onlardan birinin terror qruplaşmasının lideri Əbu Bəkr əl-Bağdadiyə özəl xidmət göstərdiyi məlum olub.
Qeyd edilir ki, ABŞ Prezidenti Donald Tramp 27 oktyabrda Əbu Bəkr əl-Bağdadinin Suriyada keçirilmiş əməliyyat zamanı öldürüldüyünü bəyan edib.

Muxalifet.az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31