Abortdan imtina edən sevgilisini ürəyindən bıçaqladı - Fotolar

Abortdan imtina edən sevgilisini ürəyindən bıçaqladı - Fotolar

16 yaşlı gənc ondan hamilə qalan sevgilisini amansızlıqla qətlə yetirib.

Hadisə ABŞ-ın İndiana ştatında baş verib. 

Aron Trejo adlı oğlan birlikdə yaşadığı sevgilisi Briana Ruhselanqın hamilə olduğunu öyrənib. O, sevgilisindən abort etdirməsini istəsə də, qız bununla razılaşmayıb. Bundan əsəbləşən gənc oğlan hamilə sevgilisini ürəyindən bıçaqlayıb və meyidini şəhərin restoranlarından birinin zibil qutusuna tullayıb.

Qatilin 65 ilə yaxın cəza alacağı gözlənilir.

Yenisabah.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31