Adnan Oktar məhkəməsində 3 məşhur müğənninin adı hallanır
Adnan Oktar məhkəməsində 3 məşhur müğənninin adı hallanır
1 Noyabr 2019 18:07 Dünya226 şübhəlinin tutulduğu Adnan Oktar məhkəməsindən yeni xəbərlər var.
Adnan Oktarın "kedicikləri" məhkəmədə Oktarla əlaqəsi olan 3 məşhur müğəninin adlarını hallandırıb.
Məhkəmə qarşısına çıxarılan kedicik Alev Babuna Oktarın hansı sənətçilərlə münasibətinin olması ilə bağlı məsələlərə aydınlıq gətirib.
"Muazzez Ərsoy Adnan bəyi çox sevirdi. Kibariyə Adnan bəyə "aşkitom" deyirdi, Seda Sayan onu qucaqlayırdı öpürdü, "ömrüm", "ruhum", "həyatım" deyirdi"- deyə Babuna bildirib.
"Biz dost qrupuyuq"
Məhkəmə qarşısında çıxış edən təşkilatın öndə gələn Oktar Babunanın həyat yoldaşı Alev Babuna Oktar haqqında deyilən hər şeyin yalan olduğunu bildirdi.
"İddiaları rədd edirəm. Adnan Oktarı 32 ildir tanıyıram, o, bizim çox yaxın dostumuzdur. Biz bir təşkilat deyilik. Adnan bəydən indiyədək heç bir təlimat almamışam. O, heç kimlə əmr şəklində danışmaz, vurmazdı. Dostlarımızın da heç birinin Adnan bəyin yanında əsr həyatı yaşaması fikri ilə razılaşmıram. Onun yanından insanların qaçmaq istəməsi fikri də yalandır. Əksinə hər kəs onu görmək üçün can atırdı".
Adnan Oktarın çox yardımsevər biri olduğunu bildirən Babuna Müslüm Gursəs, Mehmet Ali Ərbil kimi sənətçilər üçün pul ayırdığını da bildirdi.
Muazzez Ərsoy, Seda Sayan və Kibariyənin Oktarın şəxsiyyətini, insanlığını sevdiyi üçün onun yanından ayrılmadıqlarını söyləyən Babuna insanların bu məsələ ətrafında yanlış fikirlərə qapılmasının düzgün olmadığını qeyd etdi. Sonda Babuna Oktarın sənətçilərlə olan şəkillərini məhkəməyə təqdim etdi.




Sonxeber.az