Qəribə olay: Ərindən boşandıqdan 5 il sonra dünyaya uşaq gətirdi
Qəribə olay: Ərindən boşandıqdan 5 il sonra dünyaya uşaq gətirdi
1 Noyabr 2019 17:58 Dünya61 yaşlı qadın ərindən boşandıqdan sonra tibbi üsulla ilk dəfə dünyaya uşaq gətirib.
EKO köməyi ilə dünyaya ilk övladını gətirən qadın barədə "Daily Mirror" yazıb.
Nəşrin yazdığına görə, Ana Mariya Pontelo Morieranın Yan adlı oğlu dünyaya gəlib. Yeni doğulan körpənin 3,4 kq çəkisi var.
"Mənim hadisəm insanları daha da həvəsləndirəcək. Bilirəm ki, bir çox yaşlı qadın ana olmaq istəyir, ancaq qorxur. Mən öz arzumu gerçəkləşdirdim", - deyə o bildirib.
Qadın 2014-cü ildə ərindən ayrılıb. Ərdə olduğu müddətdə övladlığa uşaq götürmək istəsə də, mümkün olmayıb. Bundan sonra EKO vasitəsilə övlad sahibi olub. Bu üsul donor vasitəsilə övlad sahibi olmağı nəzərdə tutur.
Cebhe.info
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31