Cadu üçün məktəbə girib 6 yaşlı uşağı öldürdü - Dəhşətli qətl

Cadu üçün məktəbə girib 6 yaşlı uşağı öldürdü - Dəhşətli qətl

Hadisə Rusiyanın Naryan-Mar şəhərində baş verib.

Şagirdlərin yuxu vaxtında məktəbə girən qatil siniflərdən birində yatan 6 yaşlı uşağı bıçalayıb. Uşaq hadisə yerində dünyasını dəyişib. Müəllimlərin xəbər verməsi ilə polislər hadisə yerinə gəliblər, qatil həbs olunub. O polisə ifadəsində bunları deyib:

"Bir kitabda oxuduğum caduya görə, mənim və yaxınlarımın əbədi həyata və zənginliyə çatmağı üçün bir uşağı öldürməli idim".

Qatilin bu ifadəsindən sonra onun psixoloji müayinədən keçəcəyi bildirilir. Öldürülən uşağın atası qatili tanımadığını və heç vaxt görmədiyini deyib. Onun məktəbə necə sərbəst şəkildə girə bildiyi isə məlum deyil. Buna görə də, məktəbin təhlükəsizlik işçiləri plis tərəfindən ifadı üçün saxlanılıb.

Metbuat.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31