ABŞ-da ömürlük cəza çəkən təhlükəli cinayətkar səhvən azadlığa buraxılıb
ABŞ-da ömürlük cəza çəkən təhlükəli cinayətkar səhvən azadlığa buraxılıb
29 Oktyabr 2019 12:13 DünyaBŞ-da ömürlük məhbus səhvən azadlığa buraxılıb.
Bu barədə "Fox" telekanalı xəbər verib.
Qeyd edilir ki, hadisə Corciya ştatında baş verib. Həbsxanadan buraxılan şəxs Reydsvill həbsxanasında cəza çəkən otuz bir yaşlı Toni Maykon Munos-Mendesdir. O, 2010 və 2012-ci illərdə törətdiyi zorlama cinayətlərinə azadlıqdan ömürlük məhrum olunub.
Corciya ştatının Cəzaçəkmə Müəssisəsi Departamenti bildirib ki, məhbus oktyabrın 25-də "səhvən azadlığa buraxılıb".
Hazırda onun axtarışları aparılır.
report.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31