Çili ilə bağlı qorxunc hesabat: 19 ölü, 1132 yaralı...

Çili ilə bağlı qorxunc hesabat: 19 ölü, 1132 yaralı...

11 gün ərzində davam edən iğtişaşlar nəticəsində Çilidə 1132 nəfər xəstəxanaya yerləşdirilib.

Bu barədə Çilinin İnsan Hüquqları üzrə Milli İnstitutu informasiya yayıb.

Məlumata görə, xəstəxanaya yerləşdirilənlərdən 595 nəfəri güllə yarası alıb. İğtişaşlarda iştiraka görə 3535 nəfər saxlanılıb, onlardan 593 nəfəri qadın, 375 nəfəri isə yetkinlik yaşına çatmamış şəxsdir. Qarşıdurmalar zamanı 19 nəfər həlak olub.

Paytaxt Santyaqoda iğtişaşlar böyük dağıntılara və talanlara səbəb olub. Belə ki, Konsepson bölgəsində 70 mağaza dağıdılıb və talana məruz qalıb. Valparaiso bölgəsində 30 avtobus daşqalaq edilib.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31