Bağdadi öldü, ən çox axtarılan terroristlərin siyahısı dəyişdirildi – Milyonlarla dollar mükafat - FOTO
Bağdadi öldü, ən çox axtarılan terroristlərin siyahısı dəyişdirildi – Milyonlarla dollar mükafat - FOTO
28 Oktyabr 2019 14:34 DünyaTerror təşkilatı DAESH lideri Bağdadi öldürülüdükdən sonra ABŞ-ın başına mükafat qoyduğu terrorçuların siyahısı yenilənib.
Olaylar.az bildirir ki, FTB-nin ən çox axtarılan terrorçular siyahısında başına 25 milyon dollar mükafat qoyulan 48 yaşlı Bağdadinin ölümündən sonra siyahı yenidən ABŞ mətbuatında gündəmə gətirilib.
Siyahıdakı terrorçulardan bəzilərini təqdim edirik:
Eymen ez-Zawahiri (25 milyon dollar): Əl-Qaidə terror təşkilatının rəhbəri Zawahiri Vaşinqtonun 25 milyon dollar mükafatı ilə axtarılan terrorçular siyahısında birinci yerdədir. 11 sentyabr hücumlarından bəri gizlənir.

Saif əl-Adel (10 milyon dollar): Keçmiş Misir polkovniki olan Adel, 1998-ci ildə ABŞ-ın Keniyadakı səfirliyini bombalamaqda roluna görə axtarışdadır.

Həsən İzz-Əl-Din (5 milyon dollar): Əl-Din, Livan vətəndaşı, Hizbullah terror təşkilatının üzvüdür. 1985-ci ildə ABŞ hökuməti tərəfindən qaçırma və qətl hadisələrinə görə axtarışdadır.

Əbdülkərim Hüseyn Məhəmməd Əl-Nasir (5 milyon dollar): 1996-cı ildə Səudiyyə Ərəbistanında Əl-Huber Qüllələrinin bombalanmasında rolu var. Hücumda 19 ABŞ əsgəri öldü.

Əbdül Rəhman Yasin (5 milyon dollar): 1993-cü ildə ABŞ-dakı Dünya Ticarət Mərkəzini bombalaması üçün axtarışdadır. Hücumda 6 nəfər öldü.
