Şok iddia: Bağdadi keçən il öldürülüb – Trampın iddiası deşifrə olundu

Şok iddia: Bağdadi keçən il öldürülüb – Trampın iddiası deşifrə olundu

İŞİD terror təşkilatının lideri Əbu Bəkir əl-Bağdadi keçən il öldürülüb.

Olaylar.az xəbər verir ki, bu barədə İraqın Baş naziri Adil Əbdülmehdi açıqlama yayıb.

Baş nazir İŞİD liderinin həlak olması ilə yadda qalan əməliyyatın keçən ilin iyun ayında keçirildiyini iddia edib:

"Keçən ilin iyun ayında əməliyyatlarda İŞİD lideri Bağdadi həlak olmaqla yanaşı, çoxlu sayda terrorçu ələ keçirildi. Həmin şəxslər Bağdadinin Suriyadakı yerinin müəyyən edilməsinə kömək etdilər".

ABŞ Prezidenti Donald Tramp dünən İŞİD lideri Əbu Bəkir əl-Bağdadinin Suriyanın İdlib şəhərində keçirilən əməliyyat nəticəsində öldürüldüyünü açıqlayıb.

Rusiya isə açıqlama yayaraq, ABŞ tərəfinin iddiasının şübhəli olduğunu bildirib.

Teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31