İzmirdə partlayış - Zibil qutusunda partlayıcı işə düşüb
İzmirdə partlayış - Zibil qutusunda partlayıcı işə düşüb
28 Oktyabr 2019 13:30 DünyaTürkiyənin İzmir vilayətində binalardan birinin girişində partlayış olub.
Partlayışın kustar üsulla hazırlanmış partlayıcı qurğunun işə düşməsi nəticəsində baş verdiyi bildirilir. Partlayıcı qurğu zibil qutusunda yerləşdirilibmiş.
Partlayış nəticəsində binanın bir hissəsinə ciddi ziyan dəyib. Ölən və xəsarət alan yoxdur.
Hadisə ilə bağlı başqa detallar açıqlanmır. Faktla bağlı araşdırmalar aparılır.
trend.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31