Məktəblilər hepatitə yoluxdu - Məktəb yoxlanılır
Məktəblilər hepatitə yoluxdu - Məktəb yoxlanılır
28 Oktyabr 2019 13:28 DünyaUkraynanın Çerniqov şəhərində məktəblərin birində 15 nəfər hepatit A xəstəliyinə yoluxub.
Xəstəliyə yoluxanlardan biri məktəb bufetinin işçisi, qalanları isə məktəblilərdir. Hazırda xəstəliyə yoluxanlar xəstəxanaya yerləşdirilib. Xəstəxanaya yerləşdirilənlərin vəziyyəti barədə hər hansı məlumat verilməyib.
Məktəbdə isə hadisə ilə bağlı araşdırma başlayıb. Hadisədən dərhal sonra vilayət sanepidemiya idarəsi tərəfindən məktəbdə müvafiq tədbirlər görülüb.
trend.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31