Türkiyədə antiterror əməliyyatı – 20 İŞİD-çi saxlanıldı
Ankarada polis İŞİD terror təşkilatına qarşı növbəti dəfə xüsusi əməliyyat keçirib.
Olaylar.az türk mediasına istinadən bildirir ki, əməliyyat nəticəsində təşkilatın 20 xarici üzvü saxlanılıb.
Terrorçuların İraq və Suriya ərazisində silahlı dəstələrin tərkibində fəaliyyət göstərdikləri məlum olub.