Səfir rusiyalıları ABŞ-a gedərkən ehtiyatlı olmağa çağırdı
Səfir rusiyalıları ABŞ-a gedərkən ehtiyatlı olmağa çağırdı
28 Oktyabr 2019 12:32 DünyaRusiyanın Vaşinqtonda fövqəladə və səlahiyyətli səfiri Anatoliy Antonov ABŞ-a səfər edən rusiyalılara ehtiyatlı olmağı tövsiyə edib. Antonov bildirib ki, Rusiyanın ABŞ-dakı səfirliyinin fəaliyyət prioritetlərindən biri "Amerika həbsxanalarında olan 100 rusun müdafiəsidir. Bizim üçün onların hansı mövqedə olması və ya hansı fəaliyyətlə məşğul olmasının heç bir fərq yoxdur. Bizim üçün vacib olan məsələ onların həmvətənimiz olması və ən qısa müddətdə onları zindanlardan qurtarmaqdır".
"O ki qaldı ABŞ-a səfər etməyə, mən hər bir rusiyalının Birləşmiş Ştatlarda həddindən artıq ehtiyatlı olmalı olduğunu deməyə məcburam",- deyə səfir qeyd edib.
sia.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31