Yaponiya əl-Bağdadinin məhv edilməsini münasibət bildirdi

Yaponiya əl-Bağdadinin məhv edilməsini münasibət bildirdi

Yaponiya hökuməti İŞİD terrorçu qruplaşmasının lideri Əbu Bəkr əl-Bağdadinin məhv edilməsini dünyada sülhün və sabitliyin möhkəmləndirilməsində mühüm addım hesab edir. Bunu oktyabrın 28-də Tokioda təşkil edilmiş ənənəvi mətbuat konfransı zamanı Yaponiya nazirlər kabinetinin baş katibi Yoşihide Suqa bəyan edib.

"Bu, bütün dünyada sülhə və sabitliyə doğru atılan mühüm addımdır. Belə nəticəni yüksək qiymətləndirmək lazımdır", - deyə baş katib bildirib.

sia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31