Avropa İttifaqında ən çox yaşama icazəsi verən bu ölkədir
Avropa İttifaqında ən çox yaşama icazəsi verən bu ölkədir
27 Oktyabr 2019 20:20 DünyaAvropa İttifaqının Statistika Agentliyi olan Eurostatın hesabatında bildirilir ki, son bir ildə Polşa İttifaqa daxil ölkələr arasında ən çox yaşama icazəsi verib.
Olaylar.az AZƏRTAC-a istinadən bildirir ki, sözügedən dövrdə Polşa 635 min yaşama icazəsi verib. Bu da bütün Avropa İttifaqı üzrə ümumi verilmiş icazələrin 20 faizini təşkil edir.
Müqayisə üçün qeyd edək ki, Almaniya 544 min icazə ilə ikinci yerdədir. Sonrakı yerlərdə Birləşmiş Krallıq, Fransa, İspaniya, İtaliya və İsveçdir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31