Bu heyvanları ovlayanlar öldürüləcək - XƏBƏRDARLIQ

Bu heyvanları ovlayanlar öldürüləcək - XƏBƏRDARLIQ

Nəsli tükənməkdə olan vəhşi heyvanların qanunsuz ovlanması Malayziya rəsmilərini hərəkətə keçməyə vadar edib.

Coxor əyalətinin hakimi Sultan İbrahim Sultan İsgəndər qanunsuz ovçuluqla məşğul olanlara sərt xəbərdarlıq edib.

"Əgər bəbirləri və digər nəsli kəsilməkdə olan vəhşi heyvanları ovlamaqda davam edəcəklərsə, özləri də ovlanacaqlar. Biz də onları vuracağıq"-deyə, Sultan bildirib.

Sultan bu sərt açıqlamanı Kota Tingi şəhərində 4 bəbirin ovlanmasından sonra verib. O, yerli və xaricdən gələn ovçulara son dəfə xəbərdarlıq edib.

Qeyd edək ki, yasaq şəkildə ovlanan bəbirlərin biri xaricdə 25 min dollara satılır.

Cebhe.info

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31