“Formula-1”də kütləvi zəhərlənmə
“Formula-1”də kütləvi zəhərlənmə
27 Oktyabr 2019 19:21 DünyaMeksikada "Formula-1" paddokunda 160-a yaxın insan zəhərlənib.
Olaylar.az "Qafqazinfo"ya istinadən məlumat verir ki, ağız boşluğu infeksiyasından zərər çəkənlərin çoxu "Maklaren", "Reno", və "Toro Rosso" komandalarının üzvləridir.
"Toro Rosso"nun pilotu Pyer Qasli, özünü pis hiss etməsinə baxmayaraq, şənbə günü keçiriləcək sərbəst yürüş və kvalifikasiyalara hazırlaşır. "Porşe"nin pilotu Tatyana Kalderon isə sağlamlıq durumu ilə əlaqədar sərbəst yürüşdə iştirak edə bilməyəcək.
Qeyd etmək lazımdır ki, xəstələnənlərin sayı daim artmaqdadır. Oktyabrın 25-də "Formula-1" personalında da virus infeksiyası aşkarlanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31