Yaponiyada güclü yağışlar: Milli sərvət su altında qaldı

Yaponiyada güclü yağışlar: Milli sərvət su altında qaldı

Yaponiyada bir həftə ərzində yağan güclü yağışlar ölkənin milli sərvətlər siyahısına daxil edilmiş İvaki şəhərindəki Şiramizu Amidado məbədinin su altında qalmasına səbəb olub.

Hazırda məbədə dəyən ziyanın ölçüsü məlum deyil.

Kompleks bazar ertəsi gününə qədər ziyarətçilər üçün bağlı elan edilib.

Hal-hazırda yanğınsöndürmə xidmətinin əməkdaşları məbəddən və ətraf ərazidən suyun boşaldılmasına çalışırlar.

İvaki meri məbədin və ətraf ərazilərin su altında qalmasının səbəbləri ilə əlaqədar araşdırma aparılmasını tapşırıb.

kult.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31