Kadırovdan Bağdadi haqda - Sensasion sözlər

Kadırovdan Bağdadi haqda - Sensasion sözlər

Çeçenistan rəhbəri Ramzan Kadırov İŞİD lideri Əbubəkr Bağdadinin öldürülməsi xəbərinə qeyri-adi reaksiya verib.

Teleqraf.com xəbər verir ki, Kadırov Bağdadinin ölümü barədə yayılan informasiyaya yazıçı Qoqolun sözləri ilə münasibət bildirib.

"Əbubəkr Bağdadi yenə öldürülüb? İnsanın ağlına Taras Bulbanın oğlu Andreyə dedikləri gəlir: Səni mən yaratdım, mən də öldürəcəm", - deyən o, sosial mediada yazıb.

Kadırovun fikrincə, terrorçular yaxşı və pisə ayrılacaqsa, Bağdadinin öldürülməsinin heç bir mənası olmayacaq:

"Bin Laden öldürüldü, amma "Əl Qaidə" yaşayır".

O qeyd edib ki, Suriyanı İŞİD-dən tamamilə təmizləmək lazımdır.

Qeyd edək ki, bu gün ABŞ-ın silahlı qüvvələrinin Suriyada İŞİD terror qruplaşmasının lideri Əbu Bəkr əl-Bağdadini öldürdüyü barədə məlumat yayılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31