Jurnalistə 15 il həbs verildi – 8 qadınla görüntü, 50 kaset...
Jurnalistə 15 il həbs verildi – 8 qadınla görüntü, 50 kaset...
26 Oktyabr 2019 22:39 DünyaKasablanka Apelyasiya Məhkəməsi "Ahbar- əl-Yevm" qəzetinin baş redaktoru Tevfik Buişirinə 15 il həbs cəzası verib.
Birinci instansiya məhkəməsi baş redaktora 12 il həbs kəsmişdi.
Apelyasiya instansiyası isə cəzanı 15 ilə qaldırıb.
Xatırladaq ki, Kasablanka polisi baş redaktoru 2018-ci ildə həbs edib. Polis onu qəzetin redaksiyasında əməliyyat keçirərək saxlayıb.
Jurnalistin məhkəmə prosesini yerli və xarici media təmsilçiləri izləyib.
Baş prokurorluq Buişrinini insan ticarətində, cinsi təcavüzdə və təhdid etməkdə ittiham edib.
Baş prokurorluq əlavə edib ki, istintaq araşdırması çərçivəsində şübhəlinin işlədiyi cinayətlərlə bağlı 8 qadına aid görüntü, 50-yə qədər video-kaset əldə edilib.
İttihamların uydurma olduğunu bəyan edən Buişrin bunun səbəbini qəzetindəki köşə yazarı kimi müxalif və tənqidi yazılardan qaynaqlandığını bəyan edib.
teleqraf.com