Rusiyalı casus: ABŞ hüquqi dövlət deyil...

Rusiyalı casus: ABŞ hüquqi dövlət deyil...

ABŞ-da casusluq iddiası ilə 18 ay həbs yatan Rusiya vətəndaşı Mariya Butina bu gün ölkəsinə qayıdıb.

Bu barədə məlumatı Sputnik yayıb. Uçuşdan əvvəl hava limanında jurnalistlərə açıqlama verən Butina ABŞ-ın hüquq dövləti olmadığını bildirib:

"Sadəlövh insan olduğumu düşünürəm. Hüquqi dövlətdə olduğum xəyalı ilə yaşayırdım. ABŞ Senatının Kəşfiyyat Komitəsinə ifadə verdikdən və evimdəki ilk axtarışdan sonra günahsız bir insanın təqsirlərdiriləcəyinə inanmadım".

Butina Federal Təhqiqat Bürosu tərəfindən 52 saat "heç bir şey"ə görə dindirildiyini qeyd edərək, dindirilmədə ondan hökumətə çalışıb-çalışmadığını soruşduqlarını bildirib.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31