Çilidə etirazlara qoşulanların sayı 1 milyona çatdı
26 Oktyabr 2019 13:44 DünyaÇilinin paytaxtı Santyaqoda etiraz aksiyasına qoşulanların sayı bir milyon nəfərə çatıb.
Bu sözləri öz Tvitter səhifəsində Santyaqo meri Karla Rubilar paylaşıb. O, etirazçıların özlərini çox sakit apardığını bildirib.
Rubilar şəhərdə baş verənləri "tarixi hadisə" adlandırıb.
Qeyd edək ki, Santyaqoda etirazlar metroda gediş haqlarının artırılmasına görə başlayıb.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31