Zelenskidən maraqlı TƏKLİF: məmurların maaşı azaldılıb sosial xərclərə yönəldilsin
Zelenskidən maraqlı TƏKLİF: məmurların maaşı azaldılıb sosial xərclərə yönəldilsin
26 Oktyabr 2019 11:50 DünyaUkrayna Prezidenti Vladimir Zelenski 2020-ci ilin dövlət büdcəsində məmurların gəlirlərinin 10 faiz azaldılması təklifi ilə çıxış edib.
V.Zelenski 2020-ci ilin dövlət büdcəsinin müzakirələrindən sonra mətbuata açıqlamasında məmurların gəlirlərinin azaldılması hesabına büdcənin xərclərinin aşağı salınmasının vacibliyini vurğulayıb.
O deyib ki, bunun hesabına əldə edilən gəlirlər büdcənin sosial xərclərinə yönəldilməlidir.
Qeyd edək ki, Ali Rada Ukraynanın 2020-ci il üçün dövlət büdcəsi haqqında qanun layihəsini birinci oxunuşda qəbul edib.
modern.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31