Şanslı müştəri – Yeməyindən mirvari çıxdı
Şanslı müştəri – Yeməyindən mirvari çıxdı
25 Oktyabr 2019 18:28 DünyaAmerika sakini Anton Şermer xanımı ilə getdiyi restoranda yediyi dəniz balıqqulağısının içindən kiçik mirvari tapıb.
Restoranı dəniz məhsulları ilə təmin edən "Empire Oyster", şirkətin nümayəndəsi Kevin Jozev (Kevin Joseph) bildirib ki, bu bir möcüzədir: "Mən bu zamana qədər açdığım balıqqulağıların heç birindən mirvari tapmamışam. Adətən Meksika körfəzində tutulan istiridiyələrdə nadir də olsa mirvari tapmaq mümkündür. Amma soyuq sulardan ovlanan dəniz məhsullarında bu mümkün deyil, o da bəlkə ildə bir dəfə olar".
Qeyd edək ki, müştəri mirvarini restoran sahibinə hədiyyə edib, o da öz növbəsində hədiyyəni çərçivələtdirib suvenir kimi bara qoymağı düşünür.
Xatırladaq ki, çanağı olan əksər dəniz balıqqulağı və malyuskaların mirvarisi olur. Onlar qida kimi istifadə edilmir və örtüyü şəffaf olan mirvari daha dəyərli olur.

azadinform.az