Bədəlli əsgərlikdən gələn məşhur aktyoru xalq topa tutdu

Bədəlli əsgərlikdən gələn məşhur aktyoru xalq topa tutdu

"Çilek kokusu" serialı ilə məşhurlaşan türk aktyoru Ekin Mert Daymaz, 18 günlük bədəlli əsgərliyini bitirdikdən sonra qalmaqallı açıqlama verib.

Olaylar.az türk mediasına istinadən bildirir ki, gənc aktyor jurnalistlərin "əsgərlik necə keçdi?" sualına verdiyi cavabla tənqidlərə məruz qalıb.

"Kazarmada hər kəs xoruldayırdı. 18 gün yata bilmədim. Orada əsgərliyin nə qədər qürurverici olduğunu daha çox anladım"-, deyə aktyor bildirib.

Daymazın bu açıqlaması sosial şəbəkələrin gündəmini zəbt edib. Xalq aktyora "Mehmetciği" örnək göstərərək tənqid edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31