Baş prokurorun diplomu saxta çıxdı, ara qarışdı - Parlament istefasını tələb edir
Baş prokurorun diplomu saxta çıxdı, ara qarışdı - Parlament istefasını tələb edir
9 Oktyabr 2019 13:48 DünyaGürcüstan parlamenti baş prokuror Şalva Tadumadzenin istefasını tələb edir.
Olaylar.az xəbər verir ki, onun ali təhsil almasını təsdiq edən sənədi saxta çıxıb.
Belə ki, Ş.Tadumadzenin diplomunda Tbilisi Humanitar İnstitutuna 1993-cü ildə qəbul olunduğu yazılıb. Halbuki İnstitut 1994-cü ildə təsis edilib.
Baş prokuror Gürcüstanın Ali Məhkəməsinin hakimliyinə namizəddir. Hazırda parlamentdə onun iştirakı ilə dinləmə keçirilir.
Qeyd edək ki, Ş.Tadumadze bu vəzifəyə 2018-ci ildə gəlib.
publika.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31