Şvartsenegger Rusiyada universitetin fəxri professoru oldu
Şvartsenegger Rusiyada universitetin fəxri professoru oldu
9 Oktyabr 2019 13:47 DünyaAmerikalı aktyor, sahibkar və siyasətçi Arnold Şvartsenegger Rusiyanın "Sinerqiya" universitetinin fəxri professoru adına layiq görülüb.
Olaylar.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Moskva 24" saytı ali təhsil müəssisəsinin mətbuat xidmətinə istinadən xəbər verib.
"Şvartsenegger bir çox insanlar üçün müəllimdir - kiminçünsə aktyor peşəsində, kiminçünsə dövlət qulluqçusu peşəsində, kiminçünsə sağlam həyat obrazı sürməkdə", - rektor Artyom Vasilyev deyib.
Qeyd edək ki, A. Şvartsenegger Viskonsin Universitetinin məzunudur. O, biznes və beynəlxalq iqtisadiyyat sahəsində mütəxəssisdir. 2003-2011-ci illərdə Kaliforniyanın qubernatoru olub. 2012-ci ildə Cənubi Kaliforniya Universtitetinin nəzdində Şvartseneqqerin dövlət və qlobal siyasət İnstitutunu yaradıb.