Ərdoğanın xanımının cangüdənləri aranı qatdı – Şok olay

Ərdoğanın xanımının cangüdənləri aranı qatdı – Şok olay

Serbiyada səfərdə olan Türkiyə prezidentinin həyat yoldaşı, ölkənin birinci xanımı Əminə Ərdoğanın cangüdənləri etiraza səbəb olub.

Olaylar.az xəbər verir ki, olay paytaxt Belqradda yerləşən kafelərdən birində baş verib.

Əmin Ərdoğan Serbiyaya işgüzar səfər edib. Ölkənin birinci xanımı səfər proqramı çərçivəsində Serbiyada fəaliyyət göstərən türk diaspor təşkilatlarının keçirdiyi tədbirlərdən birinə qatılıb.

Məlumata görə, tədbirin keçirildiyi ərazidə Əminə Ərdoğanın cangüdənlərinin bir kafeyə silahlı halda girməsi qarşıdurmaya səbəb olub.

Mühafizəçilər, ofisiantlar və kafe müştəriləri arasında baş verən gərginliyi polis sakitləşdirib.

Olayın cangüdənlərin ətrafda yoxlama apardığı vaxt baş verdiyi iddia edilir.

teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31